“Çempionlar Liqasını qazanmaq qərarımı dəyişməyəcək”

“Real”ın müdafiəçisi Naço Madrid klubundakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, o, gələcəyi haqda qərar verdiyini bildirib:

Mövsüm bitəndə nə edəcəyimə qərar verdim, amma bunu deməyəcəyəm, indi uyğun vaxt deyil. Kapitan olmaq və ya Çempionlar Liqasını qazanmaq qərarımı dəyişməyəcək”.

Naçonun müqaviləsi mövsümün sonunda başa çatacaq. İspan oyunda 44 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.