“Real”dan geridönüş, “Yuventus” və PSJ xal itirdi

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna start verilib.

Futbolpress.az xəbər verir ki, “Milan” azarkeşləri önündə “Brügge”ni məğlub edib.

“Arsenal” “Şaxtyor”u minimal hesabla üstələyib. “Yuventus” isə “Ştutqart”a uduzub.

Madriddə baş tutan “Real” – “Borussiya” oyununda meydan sahibləri qələbə qazanıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur

22 oktyabr

Milan (İtaliya) – Brügge (Belçika) 3:1
Qollar: K.Pulişiç, 34, T.Reynders, 61, 71 – K.Sabbe, 51

Monako (Fransa) – Srvena Zvezda (Serbiya) 5:1
Qollar: T.Minamino, 20, 70, B.Embolo, 45+4, V.Sinqo, 54, M.Akluçe, 90+6 – Ş.Ndiaye, 27

Arsenal (İngiltərə) – Şaxtyor (Donetsk, Ukrayna) 1:0
Qol: D.Risnik, 29 (avtoqol)

Aston Villa (İngiltərə) – Bolonya (İtaliya) 2:0
Qollar: C.Makqin, 55, C.Duran, 64

Jirona (İspaniya) – Slovan (Slovakiya) 2:0
Qollar: M.Qutierres, 42, Xuanpe, 73

Yuventus (İtaliya) – Ştutqart (Almaniya) 0:1
Qol: Ture, 90+2

PSJ (Fransa) – PSV (Niderland) 1:1
Qollar: A.Hakimi, 55 – N.Lanq, 34

Real (İspaniya) – Borussiya (Dortmund, Almaniya) 5:2
Qollar: A.Rüdiger, 60, V.Junior, 63, 86, 90 L.Vaskes, 84 – D.Malen, 30, B.Gittens, 34

Şturm (Avstriya) – Sportinq (Portuqaliya) 0:2
Qollar: N.Santos, 23, V.Qyökereş, 53