Çempionlar Liqasında “Real”ın “çərçivəsi” ona əmanət olacaq

“Real” Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, bu görüşdə (1 iyun) Madrid təmsilçisinin “çərçivəsini” belçikalı qolkiper Tibo Kurtua qoruyacaq. Bu barədə “Marca” nəşri məlumat yayıb.

“Real” La Liqanın son turunda mayın 25-də “Betis”lə üz-üzə gələcək. Bu matçda da Kurtua start heyətdə olacaq.