Çempionlar Liqasında püşk vaxtı

UEFA Çempionlar Liqasında bu gün liqa mərhələsinin püşkü atılacaq.

Futbolpress.az xəbər verir ki, komandalar 4 səbətə bölünəcək və hər kollektiv öz səbəti də daxil olmaqla, digər səbətlərdən iki komandaya rəqib olacaq.

Püşkatma mərasimi saat 20:00-da başlayacaq.

1-ci səbət: “Mançester Siti”, “Bavariya”, “Real”,  PSJ, “Liverpul”, “İnter”, “Borussiya” (Dortmund), “Leypsiq”, “Barselona”

2-ci səbət: “Bayer”, “Atletiko”, “Atalanta”, “Yuventus”, “Benfika”,  “Arsenal”, “Brügge”, “Şaxtyor”, “Milan”

3-cü səbət: “Feyenoord”, “Sportinq”, PSV, “Dinamo” (Zaqreb), “Zalsburq”, “Lill”, “Srvena Zvezda”, “Yanq Boyz”, “Seltik”

4-cü səbət: “Slovan” (Slovakiya), “Monako”, “Sparta” (Praqa, Çexiya), “Aston Villa”, “Bolonya”, “Jirona”, “Ştutqart”, “Şturm”, “Renn”.