Çempionlar Liqasında pley-off mərhələsinə yekun vuruldu

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyularına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” Bakıda Zaqreb “Dinamo”su ilə qarşılaşıb. Xorvatiya təmsilçisinə uduzan “atlılar” mübarizəni dayandırıb.

Fransanın “Lill” komandası Çexiyada “Slaviya”ya məğlub olsa da, iki oyunun nəticəsinə görə mərhələ adlayıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları

28 avqust

Qarabağ – Dinamo Zaqreb (Xorvatiya) 0:2
Qollar: M.Pyatsa, 32, M.Silva, 53 (avtoqol)
İlk oyun 0:3

Srvena Zvezda (Serbiya) – Budyo-Qlimt (Norveç) 2:0
Qollar: B.Duarte, 26 (pen.), U.Spayiç, 59
İlk oyun 1:2

Slaviya (Praqa, Çexiya) – Lill (Fransa) 2:1
Qollar: C.Zaferis, 5, İ.Şrans, 84 – E.Zergova, 77
İlk oyun 0:2

Slovan (Slovakiya) – Midtyülland (Danimarka) 3:2
Qollar: M.Toliç, 33, 82, T.Barseqyan, 86 – A.Simsir, 41, Frankulino, 50
İlk oyun 1:1