Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
Futbolpress.az xəbər verir ki, günün ilk matçında Fransa komandaları üz-üzə gəlib. PSJ yerli “Brest”ə qalib gəlib.
Mərkəzi oyun İngiltərədə baş tutub. Turnirin favoritləri “Mançester Siti” və “Real” burda üz-üzə gəlib. Qarşılaşma Madrid nəhənginin əzmkar qələbəsiylə yekunlaşıb.
“Yuventus” PSV-ni, Dortmund “Borussiya”sı isə “Sportinq”i üstələyə bilib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
11 fevral
21:00 Brest (Fransa) – PSJ (Fransa) 0:3
Qollar: Vitinya, 21 (pen.), O.Dembele, 45, 66
00:00 Yuventus (İtaliya) – PSV (Niderland) 2:1
Qollar: Mak Kenni, 34, S.Mbanqula, 82 – İ.Perişiç, 56
00:00 Mançester Siti (İngiltərə) – Real (İspaniya) 2:3
Qollar: E.Haland, 19, 80 (pen.) – K.Mbappe, 60, B.Diaz, 86, C.Bellingem, 90+2
00:00 Sportinq (Portuqaliya) – Borussiya (Dortmund, Almaniya) 0:3
Qollar: S.Quirassi, 60, P.Qros, 68, K.Adeyemi, 82