Çempionlar Liqasında bu mövsümün ən yaxşı oyunçusunun adı açıqlanıb,
Futbolpress.az xəbər verir ki, “Real”ın hücumçusu Vinisius Junior mövsümün ən yaxşısı olub.
23 yaşlı futbolçu bu mövsüm sözgedən turnirdə 10 oyunda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliyalı 2018-ci ildən Madrid klubunda çıxış edir. O, iki dəfə Çempionlar Liqasının çempionu adını qazanıb.