Çempionlar Liqasında I təsnifata start verildi

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, “Qarabağ”ın növbəti turdakı potensial rəqibləri “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütündə qonaqlar sevinib.

Rumıniyanın “Styaua” klubu ilə San Marino təmsilçisi “Virtus”u darmadağın edib.

Panevejis (Litva) – HJK (Finlandiya) 3:0
Hamrun (Malta) – Linkoln (Cəbəllütariq) 0:1
Nyu-Sents (Uels) – Deçiç (Monteneqro) 3:0
Santa-Koloma (Andorra) – Balkani (Kosovo) 1:2
Vikinqur Reykyavik (İslandiya) – Şemrok Rovers (İrlandiya) 0:0
Virtus (San Marino) – Styaua (Rumıniya) 1:7