Dortmund “Borussiya”sı Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Barselona”nı məğlub edib – 3:1.
Futbolpress.az xəbər verir ki, Almaniya təmsilçisinin qollarını Seru Girassi vurub. Afrikalı hücumçu bu mövsüm turnirdə 13 qola imza atıb.
“Opta”nın məlumatına görə, Girassi Çempionlar Liqasında bir mövsümdə ən çox qol vuran ilk afrikalı futbolçudur.
“Borussiya” ilk oyunda rəqibinə 0:4 hesabıyla uduzduğu üçün ümumi hesab 3:5 olub və “Barselona” mərhələ adlayıb.