Çempionlar Liqası: PSJ “Mançester Siti” ilə üz-üzə

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VII turuna yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, Portuqaliyanın “Sportinq” klubu “Leypsiq”in qonağı olacaq. Ukrayna “Şaxtyor”u isə “Brest”lə üz-üzə gələcək.

“Real” bu turda “Zalsburq”la üz-üzə gələcək. Turun mərkəzi görüşündə PSJ “Mançester Siti”nin müqavimətini qırmağa çalışacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VII tur

22 yanvar

21:45 Leypsiq (Almaniya) – Sportinq (Portuqaliya)
21:45 Şaxtyor (Ukrayna) – Brest (Fransa)

00:00 Milan (İtaliya) – Jirona (İspaniya)
00:00 Arsenal (İngiltərə) – Dinamo (Zaqreb, Xorvatiya)
00:00 Seltik (Şotlandiya) – Yanq Boyz (İsveçrə)
00:00 Feyenoord (Niderland) – Bavariya (Almaniya)
00:00 PSJ (Fransa) – Mançester Siti (İngiltərə)
00:00 Real (İspaniya) – Zalsburq (Avstriya)
00:00 Sparta (Çexiya) – İnter (İtaliya)