Çempionlar Liqasında meydan sahiblərinin günü

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Azərbaycan təmsilçisi “Qarabağ” Xorvatiyada “Dinamo”nun qonağı olub. Görüş Zaqreb təmsilçisinin qələbəsiylə başa çatıb – 3:0. Fransanın “Lill” komandası Çexiya “Slaviya”sını, “Budyo-Qlimt” isə “Srvena Zvezda”nı məğlub edib.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar

20 avqust

Budyo-Qlimt (Norveç) – Srvena Zvezda (Serbiya) 2:1
Qollar: O.Byortuft, 52, İ.Maata, 62 – O.Mimoviç, 75

Dinamo Zaqreb (Xorvatiya) – Qarabağ 3:0
Qollar: M.Pyatsa, 29, S.Kulenoviç, 75, 80

Lill (Fransa) – Slaviya (Praqa, Çexiya) 2:0
Qollar: C.Devid, 52, E.Zergova, 77