Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutacaq.
Çexiyanın “Slaviya” komandası azarkeşləri önündə Belçika “Yunion”unu qəbul edəcək. Kipr APOEL-i Slovakiyada “Slovan”ın qonağı olacaq, Polşa çempionu “Yagelloniya” isə Norveç “Budyo-Qlimt”ini sınağa çəkəcək.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
7 avqust
21:00 Slaviya (Çexiya) – Yunion (Belçika)
22:30 Slovan (Slovakiya) – APOEL (Kipr)
22:45 Yagelloniya (Polşa) – Budyo-Qlimt (Norveç)