Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.
Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Cəbəllütariqdə “Linkoln”un qonağı olacaq.
Macarıstanın “Ferentsvaroş” komandası azarkeşləri önündə Uels TNS-ni qəbul edəcək. Türkiyənin “Fənərbağça” klubunun rəqibi isə İsveçrənin “Luqano” komandası olacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
23 iyul
19:00 Budyo-Qlimt (Norveç) – RFŞ (Latviya)
19:30 Paneveys (Litva) – Yagelloniya (Polşa)
20:00 Linkoln (Cəbəllütariq) – QARABAĞ
21:00 APOEL (Kipr) – Petrokub (Moldova)
21:00 Malmö (İsveç) – Klaksvik (Farer adaları)
21:30 Styaua (Rumıniya) – Makkabi (Təl-Əviv, İsrail)
22:00 Dinamo (Kiyev, Ukrayna) – Partizan (Serbiya)
22:00 Ferentsvaroş (Macarıstan) – TNS (Uels)
22:00 Santa Koloma (Andorra) – Midtyullan (Danimarka)
22:30 Luqano (İsveçrə) – Fənərbağça (Türkiyə)
23:00 Şemrok (İrlandiya) – Sparta (Praqa, Çexiya)