Çempionlar Liqası: “Barselona” “Monako” səfərində

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turuna yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, Portuqaliyanın “Benfika” klubu Serbiyada “Srvena Zvezda”nın qonağı olacaq. Son Almaniya çempionu “Bayer” isə Niderlandda “Feyenoord”la qarşılaşacaq.

İngiltərə “Arsenal”ı “Atalanta”, İspaniya “Barselona”sı isə “Monako” səfərində gücünü sınayacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur

19 sentyabr

20:45 Srvena Zvezda (Serbiya) – Benfika (Portuqaliya)
20:45 Feyenoord (Niderland) – Bayer (Almaniya)
23:00 Atalanta (İtaliya) – Arsenal (İngiltərə)
23:00 Atletiko (İspaniya) – Leypsiq (Almaniya)
23:00 Brest (Fransa) – Şturm (Avstriya)
23:00 Monako (Fransa) – Barselona (İspaniya)