İspaniya La Liqasının rəhbəri Xavyer Tebas çempionatdakı hakimlikdən danışıb.
Futbolpress.az xəbər verir ki, funksioner referilərin dəyişməli olduğunu etiraf edib:
“Mübahisələr çempionatda rəqabətə ziyan vurur. VAR hakimlərə kömək üçün var, amma indi hansı hallarda istifadə olunduğu bilinmir. Bir şey düzgün işləmirsə, eyni davam edə bilməz”.
Son turlarda “Real” klubu hakim səhvlərinə görə bir neçə dəfə La Liqaya müraciət edib.