Çempionat oyunlarına hava əngəli

Azərbaycanda aşağı yaş qrupları üzrə çempionat oyunları təxirə salınıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bütün zonalar üzrə 8-9 fevral tarixində keçirilməsi planlaşdırılan AFFA U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb.