Çempion qapıçısı ilə yollarını ayırdı

“Şamaxı”da ilk ayrılıq yaşanıb.

Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqaviləsi başa çatan qapıçı Əkpər Vəliyevlə yollar ayrılıb.

Klub paylaşımında Vəliyevə göstərdiyi xidmətə görə təşəkkür edib.

“Şamaxı” I Liqada çempion olaraq Premyer Liqada vəsiqə qazanıb.