Çempion komandada daha bir ayrılıq

“Şamaxı” yarımmüdafiəçisi Samir Məhərrəmli ilə yollarını ayrılıb.

Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Bölgə təmsilçisi I Liqanın çempionu olub və Premyer Liqaya vəsiqə qazanıb.

“Şamaxı” daha əvvəl baş məşqçisi Ramiz Məmmədovla da yollarını ayırmışdı.