Çempion Hummelslə maraqlanır

Dortmund “Borussiya”sından ayrılan Mats Hummels karyerasını Almaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Bayer” 35 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Kicker” nəşri məlumat yayıb. Leverkuzen təmsilçisi komandadan ayrılması gündəmdə olan Conatan Tahın əvəzinə Hummeli heyətinə qatmaq niyyətindədir.

Alman müdafiəçi ötən mövsüm “Borussiya” ilə 40 oyunda 4 qol vurub.

“Bayer” Bundesliqada 2023/24 mövsümünün qalibi olub.