Braziliyalı futbolçu Tyaqo Silva “Çelsi”də son oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi Premyer Liqanın XXXVIII turunda “Bornmut”la görüşdə (2:1) sonuncu dəfə “zadəganlar”ın formasını geyinib.
Silva matçdan sonra bunları qeyd edib:
“Uşaqlarım sizinçün oynadığımı gördü. Bunun xəyalını qururdum. Hər şey üçün təşəkkürlər, “Çelsi” azarkeşləri. Hamınızı sevirəm”.
Tyaqo yeni mövsümdən Braziliyanın “Fluminense” klubunda çıxış edəcək. O, 2020-ci ildən “Çelsi”nin formasını geyinirdi.