“Çelsi”nin Netu üçün təklifi məlum oldu

“Çelsi” “Vulverhempton”un futbolçusu Pedru Netunu transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, “zadəganlar” 24 yaşlı cinah oyunçusuna 6+1 illik müqavilə təklif edib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Netu bu gün “Çelsi” üçün tibbi müayinədən keçəcək. London klubu “Vulverhempton”a 60 milyon avro ödəyəcək.

Netu ötən mövsümdə 24 oyunda 3 qol vurub, 11 məhsuldar ötürmə edib.