“Çelsi”nin futbolçusu Joao Feliks karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Fənərbağça” portuqaliyalı hücumçunu heyətinə qatmaq niyyətindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Feliks London klubunda az şans qazanır. O, bu səbəbdən “Fənərbağça”da oynamağa müsbət yanaşır.
Feliks bu mövsüm 17 oyunda 5 qol vurub.