“Çelsi”nin hədəfinə düşdü

“Genk”in yarımmüdafiəçisi Konstantinos Karetsas “Çelsi”nin maraq dairəsinə düşüb.

Futbolpress.az xəbər verir ki, London klubunun 17 yaşlı futbolçunu transfer hədəfləri siyahısına daxil etdiyi bildirilir.

Bu mövsüm gənc yarımmüdafiəçi bütün turnirlərdə 17 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.