“Çelsi”nin futbolçusu A Seriyası yolunda

“Çelsi”nin futbolçusu Çezare Kazadey karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Torino” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Turin klubunun nümayəndələri artıq oyunçunun agenti ilə danışıqlara başlayıb.

“Torino” Kazedeyi icarəyə götürmək istəyir. “Çelsi” oyunçunu buraxmağa razıdır.

İtaliyalı futbolçu bu mövsüm Premyer Liqada oyuna çıxmayıb.