“Çelsi”dən “Əl Nəsr”ə

“Əl Nəsr” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Çelsi”dən Ancelo Qabrieli transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı vinger ilə razılaşmanın detalları açıqlanmayıb.

İngiltərə mətbuatının xəbərinə görə, “Əl Nəsr” Ancelo üçün 23 milyon funt-sterlinq ödəyəcək. “Çelsi” vingeri 2023-cü ilin yayında “Santos”dan 15 milyon funt-sterlinqə transfer etmişdi.

Qabriel ötən mövsüm “Strasburq”da icarədə olub və Fransa Liqa 1-də 21 oyunda 3 məhsuldar ötürmə edib.