“Çelsi”dən ayrılan futbolçu ölkəsinə qayıtdı

“Çelsi”dən ayrılan Malanq Sarrın yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, müdafiəçi Fransa təmsilçisi “Lans”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Fransalı Sarr 2020-2023-cü illərdə “Çelsi”yə məxsus olub. O, bu müddətdə Portuqaliyada “Portu”, Fransada “Monako”da icarədə olub. Oyunçu “Çelsi” ilə Premyer Liqada cəmi 8 oyuna çıxıb.