“Çelsi”dən 22,5 milyon avroluq transfer

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “zadəganlar” “Aston Villa”dan Omari Kellimanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

“Çelsi” Omari üçün klubuna 22,5 milyon avro ödəyəcək.

Kelliman ötən mövsüm “Aston Villa”nın əsas komandasında 6 oyuna çıxıb.