“Çelsi” İngiltərə Premyer Liqasının XIII turunda “Aston Villa”nı məğlub edib – 3:0.
Futbolpress.az xəbər verir ki, londonluların qollarını Nikolas Cekson, Enzo Fernandes və Kol Palmer vurub.
Komandasının sonuncu qoluna imza atan Palmer “zadəganlar”la Premyer Liqadakı 30-cu qolunu vurub. İngilis hücumçuya bunun üçün 46 oyun kifayət edib.
Palmer “Çelsi” tarixində 30 qol sayına ən tez çatan ikinci futbolçu olub. Rekordçu Cimmi Hasselbaynkdır. O, 41 oyunda 30 qol vurmuşdu.