“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “topçular” “Çelsi”dən Rahim Sterlinqi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngiltərəli cinah oyunçusu 2025-ci ilin yayına kimi icarə əsasında “Arsenal”da forma geyinəcək.
Sterlinq ötən mövsüm “Çelsi”də 43 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə edib.