“Çelsi”də üç futbolçu heyətdən kənarlaşdırılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Bu mövsüm 8 transfer edən və 128 milyon avro xərcələyən “zadəganlar” planlara daxil edilməyən oyunçuları heyətdən kənarlaşdırıb və onlara özlərini klub tapmasını bildirib.
Bunlar hücumçu Romelu Lukaku, Armando Broxa və müdafiəçi Trevoh Çalobadır. Baş məşqçi Enzo Mareskanın planlarında yer almayan adıçəkilən oyunçular klubu tərk edəcək.