“Çelsi” yeni baş məşqçisini açıqlamağa hazırlaşır

“Çelsi”nin yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, “zadəganlar”ın sükanı Enso Mareskaya tapşırılıb. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. London klubu mütəxəssislə artıq müqavilə imzalayıb və rəsmi açıqlama qısa zamanda veriləcək.

Mareskanın son ünvanı “Lester” olub. O, “tülkülər”lə Çempionşipdə 2023/24 mövsümünün qalibi olub və Premyer Liqaya yüksəlib.

İtaliyalı mütəxəssis bu postda Maurisio Poçettinonu əvəzləyib.