“Çelsi” və “Atletiko” transferi açıqladı

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “zadəganlar” “Atletiko”dan Joao Feliksi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Oyunçu ilə 6+1 illik müqavilə imzalanıb.

“Atletiko” isə London klubundan Konor Qallaqeri heyətinə qatıb. İngilis futbolçu ilə 5 illik müqavilə imzalanıb.