Dyalo komandasını ipdən götürdü

İngiltərə Premyer Liqasında XXI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Brayton” səfərdə qələbə qazanıb. Hesabda geriyə düşən “Mançester Yunayted” isə Amad Dyalonun het-trikiylə 3 xalı əldə edib.

“Nyukasl” 3 xalı 3 qolla qazanıb. “Arsenal” isə “Tottenhem”i minimal hesablı nəticə ilə üstələyib.

Turun ilk günündə 4 qarşılaşma keçirilib. “Mançester Siti” səfərdə son dəqiqə qolu ilə 3 xalı əldən verib, “Çelsi” isə son dəqiqə qolu ilə məğlubiyyətdən yaxa qurtarıb. Lider “Liverpul” bu dəfə də “Nottinqem”lə bacarmayıb.

İngiltərə Premyer Liqası

XXI Tur

14 yanvar

Brentford – Mançester Siti 2:2

Qollar: Y.Vissa, 82, K.Norqard, 90+2 – F.Foden, 66, 78

Çelsi – Bornmut 2:2

Qollar: K.Palmer, 13, R.Ceyms, 90+5 – C.Kluyvert, 50 (pen.), A.Semenyo, 68

Vest Hem – Fulhem 3:2

Qollar: K.Soler, 31, T.Sauk, 33, L.Paqueta, 67 – A.İvobi, 51, 78

15 yanvar

Nottinqem Forest – Liverpul 1:1

Qollar: K.Vud, 8 – D.Jota, 66

Everton – Aston Villa 0:1 

Qol: O.Uotkins, 51

Lester – Kristal Pelas 0:2

Qollar: J.Mateta, 52, M.Queçi, 78

Nyukasl – Vulverhempton 3:0

Qollar: A.İsak, 34, 57, A.Qordon, 74

16 yanvar

Arsenal – Tottenhem 2:1

Qollar: D.Solanke, 40 (avtoqol), L.Trossard, 44 – Son, 25

İpsviç – Brayton 0:2

Qollar: K.Mitoma, 59, G.Rutter, 81

17 yanvar

Mançester Yunayted – Sauthempton 3:1

Qollar: A.Dyalo, 82, 90, 90+4 – M.Uqreyt, 43 (avtoqol)