“Çelsi” Poçettino ilə yollarını ayırdı – rəsmi

“Çelsi” baş məşqçi Maurisio Poçettino ilə yollarını ayırdı.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Poçettino 2023-cü ilin yayından “Çelsi”ni çalışdırır. Komanda Premyer Liqada mövsümü 63 xalla 6-cı pillədə başa vurub.