“Çelsi” Pedro ilə razılığa gəldi

İngiltərənin “Çelsi” klubu transferlərə davam edir. “Zədəganlar” bu dəfə hücum xətti üçün anlaşma əldə edib.

Futbolpress.az GOAL nəşrinə istinadən xəbər verir ki, bu “Vulverhempton”un futbolçusu Pedro Netodur. Məlumata görə, Pedro klubunu dəyişmək üçün razılıq verib və tərəflər arasında bütün məsələlər həll edilmək üzrədir. “Çelsi” qarşı tərəfə bu transfer üçün 54 milyon avro ödəyəcək.

“Vulverhempton”un heyətində 135 oyun keçirən Pedro Neto 14 qol vurub, 24 ötürmə ilə yadda qalıb.