“Çelsi” onun üçün təklif göndərdi

“Çelsi” “Napoli”nin hücumçusu Viktor Osimheni transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, London klubu artıq nigeriyalı hücumçu üçün İtaliya təmsilçisinə rəsmi təklif göndərib. Bu barədə Canluka Di Marzio məlumat yayıb.

Daha əvvəl Osimhenin adı “Əl Əhli” ilə hallanırdı. Lakin 25 yaşlı forvard Səudiyyə Ərəbistanı klubuna keçmək istəməyib.

Osimhen “Napoli” formasıyla 223 oyunda 114 qol vurub.