“Çelsi” onu icarəyə verəcək

“Çelsi” futbolçusu Lesli Uqoçukvunu icarəyə verəcək.

Futbolpress.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümünü “Sauthempton”da icarədə keçirəcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Lesli 2023-cü ildən “Çelsi”də çıxış edir. O, “zadəganlar”la Premyer Liqada 12 oyunda meydana çıxıb.