“Çelsi” onu 44 milyon avroya satdı

“Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Çelsi”dən Yan Matseni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.

“Aston Villa” niderlandlı futbolçu üçün “zadəganlar”a 44 milyon avro ödəyəcək.

Matsen ötən mövsümün ikinci yarısını icarə əsasında Dortmund “Borussiya”sında keçirib. O, Bundesliqada 16 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.