“Çelsi” millinin futbolçusunu satmağa hazırlaşır

“Aston Villa” müqavilə ilə “Çelsi”yə məxsus olan, son mövsümü icarə əsasında “Borussiya”da keçirən Yan Matseni transfer etməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Premyer Liqa klubu niderlandlı müdafiəçi üçün 37,5 milyon avro və yarımmüdafiəçi Con Duranı verməyə razıdır. Klublar arasında danışıqlar artıq son mərhələdədir.

Matsen hazırda Niderland millisi ilə Avro-2024-də mübarizə aparır.