“Çelsi” müdafiəçisi Coşua Açimponq ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb. 18 yaşlı qanalı futbolçunun yeni müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Açimponq “Çelsi”nin əsas komandasında debüt oyununa UEFA Konfrans Liqası çərçivəsində keçirilən “Astana” ilə matçda (3:1) çıxıb.