“Çelsi” hücumçusunu satdı

“Hull Siti” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Çempionşip təmsilçisi “Çelsi”dən Meyson Burstounu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı hücumçu ötən mövsümü “Sanderlend”də icarədə olub. O, 20 oyunda 1 qol, 1 məhsuldar ötürmə edib.