“Çelsi” gənc futbolçusunu 33 milyon avroya satdı

“Çelsi” futbolçusu Lyuis Hollu satıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı müdafiəçi 33 milyon avro qarşılığında “Nyukasl”a keçib.

Holl ötən mövsümü icarə əsasında məhz “sağsağanlar”da keçirib. O, Premyer Liqada 18 oyunda 1 qol vurub.