“Çelsi” “Aston Villa”nın futbolçusu Omari Kelliman ilə razılaşıb.
Futbolpress.az xəbər verir ki, “zadəganlar” 18 yaşlı yarımmüdafiəçi üçün Birmingem təmsilçisinə 22 milyon avro ödəyəcək. Bu barədə insayde Fabrizio Romano məlumat yayıb. Omar ilə 6 illik müqavilə imzalanacaq.
Kelliman ötən mövsüm “Aston Villa”nın əsas komandasıyla 5 oyunda meydana çıxıb.