“Çelsi” 19 yaşlı futbolçunu transfer edib, icarəyə verdi

“Çelsi” “Boka Xuniors”dan Aaron Anselminonu transfer edib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı müdafiəçi ilə 7 illik müqavilə imzalanıb. “Zadəganlar” Anselmino üçün 16,5 milyon avro ödəyəcək. Futbolçu 2024/25 mövsümünü “Boka Xuniors”da icarədə keçirəcək.

Müdafiəçi “Boka Xuniors”un əsas komandasında 10 oyunda 1 qol vurub.