Ceferin: “1 milyard heç bir iqtisadi əsası olmayan böyük məbləğdir”

UEFA prezidenti Aleksander Ceferin Vinisius Juniorun Real Madriddən Səudiyyə Ərəbistanı klubuna 1 milyard avroya mümkün transferi ilə bağlı söhbətlərə münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, Ceferin bu məbləğin heç bir iqtisadi əsası olmadığını deyib:

“Çempionlar Liqası oyunlarının başqa qitələrdə keçiriləcəyi ilə bağlı şayiələrə münasibətim kimi, buna da elə yanaşıram. Bunun doğru olub-olmadığını bilmirəm, amma 1 milyard heç bir iqtisadi əsası olmayan böyük məbləğdir. Bu, əlbəttə ki, doğrudursa, Səudiyyəlilər qərar verəcəklər”.

Vinisius Juniorun “Real” ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. “Transfermarkt” portalı braziliyalını 200 milyon avro dəyərində qiymətləndirir.