Məhkəmə La Liqanın şikayətini rədd etdi

CAS (İdman Arbitraj Məhkəməsi) “Barselona”nın oyunçuları barədə son qərarı verib.

Futbolpress.az xəbər verir ki, ali qurum “katalanlar”ın yarımmüdafiəçisi Dani Olmo və hücumçusu Pau Viktorun qeydiyyata alınması ilə bağlı La Liqanın şikayətini rədd edib.

Futbolçular mövsümü problemsiz başa vura biləcəklər.