Camalov: “Mövqeyim elədir ki, gec qollar vururam”

“Neftçi” Azərbaycan Premyer Liqasının XXVII turunda “Səbail”i məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, matçda “ağ-qaralar”ın ikinci qolunu vuran Elvin Camalov fikirlərini bölüşüb. Klubun televiziyasına danışan yarımmüdafiəçi oyunu belə şərh edib:

“Oyunun gərgin keçəcəyini bilirdik. Səfərdə oynayırdıq. “Səbail” bütün rəqiblər kimi bizimlə oyuna ciddi çıxmışdı. Biz də hazırlaşmışdıq. İki qol vurduq və sonra qol buraxdıq. İkinci hissədə də yaxşı mübarizə aparıb, qələbə qazandıq. Bu, hamımızın əziyyətidir. Mövqeyim elədir ki, gec qollar vururam. “Neftçi”yə gələndən hamı məni isti qarşıladı və tez uyğunlaşdım. Qol vurmağım sevinc yaratdı”.

Elvin milliyə dəvəti haqda danışıb:

“Millidə oynamaq hər futbolçunun borcudur və bunu sevə-sevə etməliyik. Dəvət gəldiyi üçün çox sevincliyəm. Həm “Neftçi”, həm Azərbaycan bayrağı adına sona qədər mübarizə aparacam”.