“Çətin başladıq, amma son asan oldu”

“Qarabağ” Azərbaycan Premyer Liqasının qızıl medallarına qovuşub.

Futbolpress.az xəbər verir ki, təqdimatdan sonra “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə fikirlərini jurnalistlər açıqlama verdi.

O, çempionatın çətin keçdiyini qeyd etdi:

“Çempionat çətin başlamışdı. Daha sonra toparlana bildik. Çətin başladıq, amma son asan oldu. Qarşıdan “Zirə” ilə çətin kubok oyunu var. “Zirə” formada olan komandadır. Ona görə də bizi nəyin gözlədiyinin fərqindəyik. Ona uyğun hazırlaşacağıq. Bu mövsümkü səhvlərimizdən nəticə çıxarıb, ona uyğun hazırlaşacağıq. Çempion olmaq istəyirik. Buna görə addım atacağıq”.

Məlik Məlikov