Cəlal qələbənin iştirakçısı oldu

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə ÇSKA ilə qarşılaşıb. Matç “Arda”nın qələbəsiylə başa çatıb – 2:1.

Cəlal görüşdə ikinci hissədə – 70-ci dəqiqədə meydana daxil olub və sonacan oynayıb.

“Arda” 12 turdan sonra 18 xalla 6-cı sıradadır.