Azərbaycan yığmasının və Bolqarıstanın “Arda” komandasının futbolçusu Cəlal Hüseynov ölkəyə qayıtmaq istəmir.
Müdafiəçi bu barədə “FutbolPress“ə açıqlamasında söylədi. O, yayda şifahi marağın olduğunu, ancaq rəsmi təklif almadığını bildirdi:
“Təklif yox, maraqlananlar var idi. Rəsmi müraciət olmadı. Ümumiyyətlə, indi Azərbaycana qayıtmaq istəmirəm”.
Cəlal 2023-cü ilin yayından “Arda”da çıxış edir. O, bu mövsüm 2 oyunda meydana çıxıb.
Şahin Cəfərov